“Azersky” — Azərbaycanın sahibi olduğu peyk?

Kamal Ismayilli
3 min readFeb 6, 2021

Airbus Müdafiə və Kosmos tərəfindən istehsal olunan və SPOT 6&7 qrupunun ikincisi olan peyk “Azersky” adını məhz Azərbaycan dövləti ilə bağlanan müqavilədən sonra alıb. 2014-cü il Dekabr ayının 4-də Bakutel sərgisində prezident İlham Əliyevin də iştirakı ilə müqavilə imzalanıb və Azercosmos SPOT 7-nin istifadəsi üçün haqq qazanıb.

Əsas fəaliyyət sahəsi müdafiə, təhlükəsizlik, təcili vəziyyətlərə müdaxilə, təbii resursların araşdırılması, xəritələndirmə, kənd təsərrüfatı müşahidəsi olan peyk üçün ölkədə ixtisaslaşmış heç bir müəssisə və kadr olmadığından Airbus 25 Azərbaycan vətəndaşına Fransada 18 ay ərzində təlimlər keçib. Bundan əlavə Airbus 2017-ci ildə Peyk İdarəetməsi Mərkəzinin də inşası üçün Azərbaycan hökumətinə yardımçı olub.

Azərkosmos ASC-nin Yerüstü İdarəetmə Mərkəzi

Texniki olaraq Azersky çox bəsit dillə desək foto-peykidir. Orta görüntü imkanlı bu optik peyk Spot 6 və istifadəsi üçün hüquq qazanılmış daha iki digər peyklə birlikdə çalışır, lakin görüntü imkanları Yerdən 1.5 metr diametr olan Azersky-ın əksinə, misal üçün Pleiades 70–50 santimetr diametrə qədər keyfiyyətli şəkil çəkmə imkanına malikdir. Üzərində Panchromatic (ağ-qara təsvirlər əldə edilir) və Multispectral (rəngli təsvirlər əldə edili) Azersky Azərbaycan peyki deyil, Azərbaycanın da istifadə etdiyi və beləliklə Kosmik kommersiya bazarına girməyə çalışdığı peykdir. Peyk “qardaşı” sayılan SPOT-6 ilə birlikdə işlədildiyi təqdirdə gün ərzində 6 milyon kvadrat kilometr ərazini müşahidə edə bilir.

İqtisadi olaraq məsələyə təəssüf ki, baxa bilmirik. Araşdırma əsnasında Azərbaycan tərəfindən göstərilən yeganə rəqəm, peykin növbəti on illikdə (2014-cü ildən) 200 milyon ABŞ Dollarına qədər xeyir gətirəcəyi istiqamətindədir. Lakin, təəssüf ki, bu mülahizədən 6 il keçməsinə baxmayaraq biz hələ də real rəqəmlər görə bilmirik. Müqavilənin şərtləri, Azərbaycanın xərcləri heçbir yerdə qeyd olunmur və kommersiya sirri kimi qorunur. Airbus isə Hindistandan kosmosa göndərilən peykin rəsmi olaraq 375 milyon ABŞ dollarına planlanıb inşa edildiyini bildirir və digər 4 peykin əksinə, SPOT-6 və SPOT-7 üçün Fransa hökumətindən hər hansı bir dəstək almadıqlarını bəyan edir ;)

--

--

Kamal Ismayilli

raised in Azerbaijan, living in Germany. Curious about space and its exploration.